1. Giriş

Fancy-yə xoş gəlmisiniz! Bu Şərtlər və Qaydalar (“Şərtlər”) bizim veb saytımız üzərindən zinət əşyalarını kirayə götürmə prosesini tənzimləyir. Veb saytımızdan istifadə etməklə bu Şərtlərlə razı olduğunuzu bəyan edirsiniz. Xahiş edirik, istifadə etmədən əvvəl diqqətlə oxuyun.

2. Təriflər

  • "Fancy," "biz," "bizim" – zinət əşyalarını kirayə verən şirkəti ifadə edir.
  • "İstifadəçi," "siz," "sizin" – veb sayt üzərindən zinət əşyası kirayə götürən şəxsi ifadə edir.
  • "Əşya" və ya "Məhsul" – kirayə götürülə bilən zinət və ya dəyərli əşyaları ifadə edir.
  • "Depozit" – kirayə götürülən əşyanın müvafiq formada qaytarılmasını təmin etmək üçün İstifadəçi tərəfindən ödənilən ödənişdir.
  • "Kirayə müddəti" – İstifadəçiyə əşyanın istifadəsi üçün verilən vaxt intervalı.
  • "Portal" – kirayə prosesi vasitəsi olaraq istifadə edilən Fancy-nin veb sayıtı və ya tətbiqidir.

3. Kirayə Prosesi

3.1. İstifadəçilər Portalda hesab yaradaraq və şəxsi məlumatlarını daxil etməklə kirayə xidmətlərinə daxil ola bilərlər.

3.2. Kirayə prosesi əşyanın seçilməsini, onlayn rezervasiya haqqının ödənişini və müttəfiq aktların imzalanmasını nəzərdə tutur.

3.3. İstifadəçi tam ödənişi etdikdən, depoziti ödədikdən və lazımi aktları imzaladıqdan sonra əşyanı təslim ala bilər.

4. Ödəniş Şərtləri

4.1. Kirayə haqqı və depozit məbləği Portalda və kirayə müqaviləsində qeyd olunur.

4.2. Ödənişlər onlayn Portal üzərindən və ya şəxsən mərkəzdə edilə bilər.

4.3. Depozit məbləği əşyanın tam dəyərinə bərabər olub, əşyanın lazımi şəkildə qaytarıldığı halda geri qaytarılır.

5. İstifadəçinin Öhdəlikləri

5.1. İstifadəçi əşyanı təslim aldığı zaman onun vəziyyətini yoxlamalıdır. Bütün qüsurlar və ya uyğunsuzluqlar tərəflər arasında aktla təsdiqlənməlidir.

5.2. İstifadəçi əşyadan diqqətlə istifadə etməli və müəyyən vaxtda geri qaytarmalıdır.

5.3. İstifadəçi əşyanı üçüncü tərəflərə verməməli və ya subkirayəyə verə bilməz.

6. Geri Qaytarma və Gecikmə Cərimələri

6.1. İstifadəçi əşyanı müəyyən kirayə müdətinin sonunda qaytarmalıdır.

6.2. Əşyanın qaytarılma tarixi qeyri-iş gününə düşərsə, əşya ilk iş günü qaytarılmalıdır.

6.3. Gecikmə hallarda aşağıdakı cərimələr tətbiq edilir:

  • 4 günədək gecikmə halında: Hər gün üçün günlük kirayə haqqının 200%-i.
  • 4 gündən çox gecikmə halında: Depozitin tam məbləği tutulur.

6.4. Əşya itirilmiş hesab edilərsə (çox gecikmə və ya qaytarılmamaq), İstifadəçi əşyanın ilkin aktda göstərilən dəyərinə bərabər məbləğdə məsuliyyət daşıyır.

7. Əşyanın Vəziyyəti və Zədələnməsi

7.1. Əşya ilkin təslim aktında qeyd olunan vəziyyətdə, normal istifadə nəticəsində yaranan təbii köhnəlmə nəzərə alınmaqla qaytarılmalıdır.

7.2. Normal istifadəni aşıb zədələnmə halında depozitdən çıxılış edilir və ya əlavə ödəniş tələb olunur.

7.3. Əşyanın ciddi zədələnməsi və ya itirilməsi halında İstifadəçi onun tam əvəzini ödəməyi öhdəsinə götürür.

8. Müqavilənin Ləğv Edilməsi

8.1. Fancy, fırqaldırlıq, yalnış bəyanatlar və ya müqavilənin pozulması halında müqaviləni dərhal ləğv etmə hüququna malikdir.

8.2. İstifadəçi əşyanı almadan əvvəl rezervasiyanı ləğv etmək hüququna malikdir, lakin bu zaman Portalda göstərilən cərimə ödənişi tətbiq edilə bilər.

9. Məxfilik

9.1. İstifadəçinin təqdim etdiyi şəxsi məlumatlar bizim Məxfilik Siyasətimizə uygun qorunacaq.

9.2. Hər iki tərəf kirayə prosesi ərzində əldə etdiyi məlumatı məxfi saxlamalıdır.

10. Mübahisələrin Həlli

10.1. Mübahisələr danışıqlar yolu ilə həll edilməlidir. Danışıqlar nəticə vermədiyi halda, məsələ Azərbaycan Respublikasının məhakəmə orqanlarına təqdim edilir.

11. Dəyişikliklər

11.1. Fancy Şərtlərə 14 gün əvvəlcədən bildirməklə dəyişiklik etmə hüququna malikdir. Bildirişdən sonra xidmətlərdən istifadənin davam etdirilməsi dəyişikliklərin qəbulu hesab olunur.

12. Əlaqə Məlumatları

Suallarınız varsa, bizimlə əlaqə saxlayın:

  • Email: : info@fancy.az
  • Telefon: +994-50-777-27-70
  • Ünvan: Nəsimi rayonu, Xəqani küç. 123